Bərdədə 11-ci sinif şagirdi əmisinin azyaşlı qızına seksual xarakterli zorakılıq etdi
Bərdə rayonunda 11-ci sinif şagirdi həbs edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bala Göyüşlü kəndində baş verib. Bərdə rayon 8 saylı orta məktəbinin 11-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü Emin Məmmədov (soyad şərtidir) ailəsi ilə birlikdə əmisinin evinə qonaq gedib. O, evdə əmisinin beş yaşlı qızı ilə otaqda olarkən, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra Emin qızı qorxudaraq, bu barədə heç kimə məlumat verməməyi tapşırıb.
Hadisədən bir neçə saat sonra azyaşlı qız özünü pis hiss edib və bu barədə anasına bildirib. Valideynləri azyaşlı qızı xəstəxanaya çatdırıblar. Müayinə zamanı qıza qarşı seksual xarakterli zorakılıq olunduğu üzə çıxıb və bu barədə polisə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla E.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 10 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycanda daha bir məktəbli qızılcadan öldü
Bakıda 19 yaşlı oğlan iki qızı evinə aparıb təcavüz etdi - TƏFƏRRÜAT
Xaçmazda 10-cu sinif şagirdi bıçaqlanıb
Ermənistanda 74 yaşlı kişi azyaşlıya zorakılıq edib
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









