Elvin Məmmədov: "Səbail" I Liqada çempionluğa iddialı olacaq"
Yeni mövsümdə I Liqada çıxış edəcək “Səbail” çempionluğa iddialı olacaq.
Bunu “Sizinxeber.az”a açıqlamasında komandanın baş məşqçisi Elvin Məmmədov deyib.
Mütəxəssis əsas məqsədlərinin yenidən Azərbaycan Premyer Liqasına qayıtmaq olduğunu vurğulayıb:
“İyulun 25-də məşqlərə başlayacağıq. Artıq Rəhman Hacıyevlə müqavilə bağlamışıq. Komandanın kapitanı Yusif Nəbiyev də heyətdə qaldı. Premyer Liqa təcrübəsi olan futbolçularımız var. Yəni iddialı heyət yığırıq. Məqsədimiz elitaya qayıtmaqdır. Təlim-məşq toplanışı dönəmində 4 yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq. Amma rəqiblər hələ məlum deyil”.
E.Məmmədov hücum xəttini gücləndirmək istədiklərini söyləyib:
“Müdafiə xəttində kifayət qədər futbolçumuz var. Hücumu bir neçə legionerlə gücləndirmək istəyirik. Boşluqları doldurub, daha iddialı olmaq istəyirik. Rəhbərlik istədiyim və almağa gücümüz çatacaq futbolçularla danışıq aparmağa şərait yaradıb. Məqsəd də yaxşı komanda formalaşdırmaqdır. Rüfət Abdullazadə komandadan ayrılacaq. Onun gedişi artıq razılaşdırılıb. Ümumiyyətlə, ötən mövsüm komandada çıxış edən futbolçuların, demək olar ki, 80 faizi ilə yolları ayırmışıq. Kapitanı və daha bir neçə futbolçunu saxlamışıq. Onların da əksəriyyəti əsas heyətlə birlikdə məşq edən əvəzedicilərin üzvləridir. Klubla müqaviləsi olan Süleyman Alluşu isə transferə çıxarmışıq”.
Qeyd edək ki, “Səbail” ötən mövsüm Azərbaycan Premyer Liqasını 10-cu yerdə bitirib. Komanda 2025/2026 mövsümündə I Liqada mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycanın millisinin baş məşqçisi: “Super Liqada çempionluğa iki komanda namizəddir”
"Səbail" Premyer Liqa klubundan ayrılan futbolçunu transfer edib
Premyer Liqada bu gün daha iki oyun keçiriləcək
Bütün futbolçuları və texniki heyəti ilə vidalaşan Azərbaycan klubunun hədəfi açıqlanıb
"Səbail"in kapitanı: "Adımıza ləkə düşdü, komandanın I Liqaya düşməsinə səbəbkar olduq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
