Azərbaycan klublarının tibbi heyəti üçün seminar təşkil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan klublarının tibbi heyəti üçün seminar təşkil olunub


AFFA tərəfindən Misli Premyer Liqasında çıxış edən komandaların tibbi heyəti üçün UEFA-nın “Football Education Program”ına əsasən “Təxirəsalınmaz tibbi vəziyyətlər və zədələr” (ürək dayanması, anafilaksiya, qıcolmalar, baş zədələri, onurğa döş qəfəsi, üz zədələri) adlı seminar təşkil olunub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, üç gün davam edən tədbirə Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.

Seminarda həmçinin yığmanın həkimi Olcay Bayramov da çıxış edib. İlk gündə həkim Cavad Cabbarov da təcrübələrini həmkarları ilə bölüşüb.

Tədbirin keçirilməsində məqsəd komandalarda çalışan həkimlərin biliklərini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və onların UEFA standartlarına uyğun olaraq həlli yolları ilə tanış etmək olub.

Oxşar xəbərlər

“Səbail”in məşqçi və futbolçu heyəti üçün seminar keçirilib
AFFA Premyer Liqa hakimləri üçün seminar keçirib
Milli Gimnastika Arenasında Azərbaycan məşqçiləri üçün seminar təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər