"Turan Tovuz"un futbolçusu Alexandro Serrano Premyer Liqada 100-cü matçını keçirib
sizinxeber.az xəbər saytı

"Turan Tovuz"un futbolçusu Alexandro Serrano Premyer Liqada 100-cü matçını keçirib


Misli Premyer Liqasının XXXI turu "Turan Tovuz"un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi "Karvan-Yevlax"la ev matçına (1:0) təsadüf edib.

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu "Turan Tovuz"da 2023/24 mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız "Qarabağ"ın sabiq futbolçusu Miçel buna nail olub.

Oxşar xəbərlər

"Turan Tovuz" Premyer Liqada 100-cü oyununu keçirib
"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb
"Turan Tovuz” Premyer Liqada ən böyükhesablı qələbə rekordunu təkrarlayıb
Musa Qurbanlı Premyer Liqada 100-cü oyununu keçirib
Premyer Liqanın 2025/2026 mövsümünün startı Filip Ozobiç üçün əlamətdar olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər