UEFA Çempionlar Liqası: "Arsenal" finalda PSJ ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
"Sizinxeber.az" xəbər verir ki, Almaniyanın "Bavariya" klubu öz meydanında Fransanın PSJ komandasını qəbul edib.
Parisdə keçirilən ilk qarşılaşma PSJ-nin 5:4 hesablı qələbəsi ilə bitmişdi.
Cavab görüşündə hesabı qonaqlar açıblar. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək komandasını önə çıxarıb.
Matçın sonunda (90+4) "Bavariya"nın futbolçusu Haari Keyn bərabərlik qolunu vurub. Lakin iki oyunun nəticəsinə əsasən, PSJ finala vəsiqə qazanan tərəf olub.
Qeyd edək ki, yarımfinalın digər cavab matçında İngiltərənin "Arsenal" klubu öz meydanında İspaniyanın "Atletiko Madrid" komandasını minimal hesabla məğlub edərək finalda iştirakını təmin etmişdi.
Beləliklə, UEFA Çempionlar Liqasının finalında "Arsenal" PSJ ilə qarşılaşacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Arsenal" finalda "PSJ" ilə qarşılaşacaq
UEFA Çempionlar Liqası: "PSJ" öz meydanında "Bavariya"nı məğlub edib
UEFA Çempionlar Liqası: "Atletiko" Madriddə "Arsenal" ilə qarşılaşacaq
"Arsenal" UEFA Çempionlar Liqasının ilk finalçısı olub
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

