40 yaşlı Luka Modriç karyerasını "Milan"da davam etdirmək qərarına gəlib
sizinxeber.az xəbər saytı

40 yaşlı Luka Modriç karyerasını "Milan"da davam etdirmək qərarına gəlib


Xorvatiyalı futbolçu Luka Modriç daha bir mövsüm İtaliyanın "Milan" klubunda çıxış edəcək.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər ki, 40 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətinin 2026/2027 mövsümünün sonunadək uzadılması seçimi aktivləşəcək.

Rəsmi açıqlamanın bu il keçiriləcək dünya çempionatından sonra veriləcəyi gözlənilir. Modriç yenidən UEFA Çempionlar Liqasında oynamaq və karyerasını "Milan" kimi böyük klubda bitirmək niyyətindədir.

Xatırladaq ki, təcrübəli oyunçu cari mövsüm İtaliya A Seriyasında 2788 dəqiqə meydanda olub. Bu isə onun sabiq komandası "Real"da son beş mövsümün hər birindən daha çoxdur.

Oxşar xəbərlər

Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
Luka Modriç Xorvatiyada 14-cü dəfə ilin futbolçusu seçilib
Modriç Avropanın "Top-5" liqalarında ən çox oyun keçirən ikinci futbolçu olub
Modriç "Real"dan ayrılacağını rəsmən açıqlayıb
Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər