Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Qazaxıstanı məğlub edib
sizinxeber.az xəbər saytı

Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Qazaxıstanı məğlub edib


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda qələbə qazanıb

"Sizinxeber.az" xəbər verir ki, komanda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini üstələyib.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən "Namys" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 daha əvvəl Rusiya millisinə uduzub - 0:5. Komanda turnirdə son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

Oxşar xəbərlər

Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində ilk oyununu keçirib
Azərbaycan millisi İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində növbəti dəfə məğlub olub
Azərbaycan millisi UEFA İnkişaf Turnirində Gürcüstan yığmasına qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər