"Zirə" Azərbaycan Kubokunda finala yüksələn ilk komanda olub
sizinxeber.az xəbər saytı

"Zirə" Azərbaycan Kubokunda finala yüksələn ilk komanda olub


Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

"Sizinxeber.az"un məlumatına görə, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq
Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunlarının vaxtı bəlli olub
"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda olub
Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər