Emin Mahmudov "Neftçi"nin tarixinə düşən 150-ci penaltini vurub
sizinxeber.az xəbər saytı

Emin Mahmudov "Neftçi"nin tarixinə düşən 150-ci penaltini vurub


"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun "Qəbələ" ilə səfər matçına (3:1) təsadüf edib.

Emin Mahmudov komandasının görüşdəki 2-ci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.

"Neftçi" turnirin tarixi ərzində vurulan penalti sayında yalnız "Qarabağ"dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.

Qeyd edək ki, "Neftçi" ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Oxşar xəbərlər

“Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub
Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb
“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub
Emin Mahmudov “Neftçi”də 60-cı qolunu vurub
“Qarabağ” Azərbaycan çempionatlarında 900-cü ev qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər