Naxçıvanda iki stadion futbol federasiyasından geri alınıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda iki stadion futbol federasiyasından geri alınıb


Naxçıvanda iki stadion futbol federasiyasından geri alınıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.

Qərara əsasən, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin tabeliyində olan İ.Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionu və Ordubad Şəhər Stadionunun Naxçıvan Futbol Federasiyasının istifadəsinə verilməsi barədə Naxçıvan MR. Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli, 132 nömrəli qərarı ləğv edilib.

Bununla da hər iki stadion federasiyanın istifadəsindən çıxarılıb.

Oxşar xəbərlər

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Naxçıvan Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib
Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi ləğv edilib
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər