Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə sərəncam imzalayıb.
“Report”un yerli bürosu xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edəcək.
Qurum, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Ali Məclisinə məlumat verəcək.
Oxşar xəbərlər
Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yeni nazirlik yaradıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












