Çempionlar Liqası:  "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB-7
sizinxeber.az xəbər saytı

Çempionlar Liqası: "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB-7


"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

"Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

00:43

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda daha bir qol vurulub.

"Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb - 3:1.

85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

00:25

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.

67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.

00:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.

"Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

50-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

00:04

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

23:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb.

"Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

23:29

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda hesab açılıb.

"Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fərqləniblər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

22:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.

"Sizinxeber.az" xəbər verir ki, qarşılaşma "Qroupama Arena"da keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.

Oxşar xəbərlər

Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş" səfərində inamlı qələbə qazanıb - YENİLƏNİB-7
Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"la oyunda hesabda irəli çıxıb - YENİLƏNİB-5
Çempionlar Liqası: "Ferentsvaroş" - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİB-2
Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq
UEFA Çempionlar Liqası: "Qarabağ" fasiləyə öndə yollanıb - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər