Sizinxeber.az » İdman » Futbol » "Araz-Naxçıvan"ın baş məşqçisi: "Bir xal da bizim üçün xeyirlidir"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bir xal da bizim üçün xeyirlidir"

"Zirə" ilə matçda qazanılan 1 xal "Araz-Naxçıvan" üçün xeyirli olub.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının I turunda "Zirə"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə ilə başa çatan qarşılaşmanı şərh edib:

"Gərgin oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bir xal da bizim üçün xeyirlidir. Komanda olaraq turlar keçdikcə özünəinam artacaq. Əvəzetmələri oyunun gedişinə görə etdik. Əvəzolunmaz futbolçu yoxdur. Bir qədər də ehtiyatı əldən vermədik. "Omoniya" ilə oyundan sonra təzyiqlər oldu. Biz də çalışdıq nəsə edək, amma təcrübəsizlik sözünü dedi. Ümumi götürdükdə, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq. Avrokuboklar artıq bizim üçün bitib. Yaxşı təcrübə qazandıq".

O, rəhbərlik şans verənə qədər işinin başında olacağını söyləyib:

"Məşqçi işi daimi deyil. Rəhbərlik nə vaxta qədər etimad göstərəcəksə, o vaxta qədər də işimizin başında olacağıq. Hər bir məğlubiyyət komandaya təsir edir. Sevindirici məqam odur ki, bərk, xarakterli komandam var. Düşünürəm ki, maneələrin komandamıza təsir olmayacaq. Əlbəttə, daha yaxşısını etmək olardı. Ola bilsin gücünüz, bəlkə də təcrübəmiz çatmadı. Ancaq keçmişlə yaşamaq istəmirik. Sadəcə, nəticə çıxartmalıyıq".

Qeyd edək ki, "Zirə" - "Araz-Naxçıvan" oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !