"Tottenhem" braziliyalı futbolçu üçün "Mançester Siti" ilə danışıqlara başlayıb
sizinxeber.az xəbər saytı

"Tottenhem" braziliyalı futbolçu üçün "Mançester Siti" ilə danışıqlara başlayıb


İngiltərənin "Tottenhem" klubu braziliyalı futbolçu Savinyonu heyətinə cəlb etmək üçün "Mançester Siti" ilə danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London təmsilçisi 21 yaşlı vingerlə ciddi maraqlanır. Oyunçu özü də bu keçidə etiraz etmir. "Tottenhem"in baş məşqçisi Tomas Frank Savinyonu heyətdə görmək istəyir.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2024-cü ildən "şəhərlilər"in formasını geyinir. O, ötən mövsümdə 48 oyuna 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Mançester Siti" braziliyalı futbolçunu transfer etmək istəyir
"Qalatasaray" braziliyalı futbolçu üçün "Milan"la danışıqlara başladı
Braziliyalı futbolçu İngiltərədə klubunu dəyişə bilər
"Mançester Siti" 18 yaşlı futbolçunun keçidi üçün klubu ilə anlaşıb
"Mançester Siti" uruqvaylı futbolçu ilə maraqlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər