Azərbaycanın güləş millisi Türkiyəyə yollanıb
Sərbəst güləş üzrə Azərbaycan millisi Türkiyəyə yollanıb.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma avqustun 20-dək Kastamonuda yerli komandayla birgə təlim-məşq toplanışı keçəcək. Sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edəcək.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov, Muhəmmədəli Əlizadə (hər ikisi 57 kq), Nürəddin Novruzov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əli Rəhimzadə, Ruslan Abdullayev, Murad Haqverdiyev (hamısı 65 kq), Kənan Heybətov, Sabir Cəfərov (hər ikisi 70 kq), Turan Bayramov, Maqomed-Başir Xaniyev (hər ikisi 74 kq), Fərid Cabbarov, Cəbrayıl Hacıyev (hər ikisi 79 kq), Arseniy Djioyev, Ali Tsokayev (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov və Giorgi Meşvildişvili (125 kq) toplanışda yer alıb.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimiz də dünya çempionatına Türkiyədə hazırlaşır.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatına Türkiyədə hazırlaşır
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ABŞ yığması ilə toplanış keçir
Azərbaycanı Macarıstanda keçiriləcək reytinq turnirində təmsil edəcək güləşçilər müəyyənləşib
Azərbaycanın sərbəst güləşçiləri Belarusda təlim-məşq toplanışındadır
Azərbaycan güləşçiləri Xorvatiyada ilin ilk reytinq turnirində iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













