Şimali Makedoniyada çıxış edən azərbaycanlı futbolçu: "Qarabağ"ın Avropadakı uğurlarından hamının xəbəri var"
sizinxeber.az xəbər saytı

Şimali Makedoniyada çıxış edən azərbaycanlı futbolçu: "Qarabağ"ın Avropadakı uğurlarından hamının xəbəri var"


"Qarabağ" klubunun Avropadakı uğurlarından hamının xəbəri var.

Bunu "Sizinxeber.az"a açıqlamasında Şimali Makedoniyanın “Lyuboten” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Milana Rəhimova deyib.

21 yaşlı müdafiəçi bu gün Skopyedə yerli "Şkendiya" ilə "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Mən də həmin qarşılaşmada stadionda olacağam. Öz komandamızı dəstəkləməyə gedəcəyəm. Azarkeş kimi yanlarında olmaq istəyirəm. Əlimdən gəldiyi qədər dəstək verəcəyəm. "Qarabağ" komandasına ölkə olaraq çox inanırıq və uğurlu nəticə qazanacaqlarına ümid edirik".

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"
Emin İmaməliyev: "Qarabağ" "Şkendiya" ilə matçın favoritidir"
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək
Qurban Qurbanov: "Şkendiya" ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik"
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni futbolçu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər