Çempionlar Liqası: İrlandiya təmsilçisinə qalib gələn "Qarabağ" növbəti mərhələyə adlayıb - YENİLƏNİB-5
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.
“Sizinxeber.az” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununda ev sahiblərinin futbolçusu penalti zərbəsini qaçırıb.
"Sizinxeber.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda əllə oyuna görə təyin olunan penaltini 68-ci dəqiqədə Kadi Borges qola çevirə bilməyib.
Bu epizodda rəqib qapıçı etibarlı oynayıb.
Qeyd edək ki, qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesabı ilə üstündür.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında ikinci hissə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında birinci hissə başa çatıb.
"Sizinxeber.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri fasiləyə üstün yollanıblar - 1:0.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında hesab açılıb.
"Sizinxeber.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.
Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçı start götürüb.
"Sizinxeber.az" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
FOTO: Məhəmməd Ağayev
Oxşar xəbərlər
“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri Dublində qarşılaşıb
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib - YENİLƏNİB-6
"Qarabağ" Niderland klubunu məğlub edib
"Şelburn"un futbolçusu: "Qarabağ"a qalib gələcəyimizə inanırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
