Rauf Əliyev: "Qarabağ” İrlandiya klubu ilə cavab matçına da əsas heyətlə çıxacaq"
“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab matçına da əsas heyətlə çıxacaq.
Bunu “Report”a açıqlamasında Ağdam klubunun və Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
O, baş məşqçi Qurban Qurbanovun ehtiyatlı davranacağını düşünür:
“Fikrimcə, ilk oyundakı nəticə “Qarabağı” rahatlaşdırmayacaq. Çünki artıq çox təcrübəli komandamız var. Heyətdəki oyunçular hamısı oxşar hallarla rastlaşıblar. Qurban müəllimi də yaxşı tanıyıram. Hesab 3:0 olsa belə, heç vaxt komandanın rahatlaşmasına imkan verməz. Zədəlilər istisna, düşünürəm ki, “Qarabağ” əsas heyətlə çıxış edəcək. Ona görə də yaxşı oyun göstərib nəticə əldə edəcəklərinə əminəm”.
36 yaşlı mütəxəssis İrlandiya klubunun cinah ötürmələrindən daha çox istifadə edəcəyini söyləyib:
“Təbii ki, rəqib ilk oyunda “Qarabağ”ı təhlil edib və indi daha yaxşı tanıyırlar. İrlandiya komandası cinah ötürmələrindən daha çox istifadə edir. Ümumiyyətlə, Böyük Britaniya təmsilçiləri bu üslubda oynayırlar. Qəbul etmək lazımdır ki, cinah ötürmələri zamanı əksər vaxtlarda “Qarabağ” üçün təhlükə yaranır. Bəlkə də İrlandiya klubu daha çox bundan istifadə etməyə çalışacaq. Birinci oyunda da bu görünürdü. Rəqib cinahlara üstünlük verirdi və hətta bir dəfə dirək komandanı qoldan xilas etdi”.
Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" İrlandiya klubu ilə cavab matçına çıxacaq
Ceyhun Sultanov: “İrlandiya klubunun “Qarabağ”la oyunda geridönüş etmək üçün keyfiyyətli futbolçuları yoxdur”
"Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq
Musa Qurbanlı: "Qarabağ"ın məqsədi Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqdır"
"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












