"Sabah" Moldova komandasını Bakıda da məğlub etməyi hədəfləyib
"Sabah" "Petrokub" kollektivini doğma meydanda da məğlub etməyi hədəfləyib.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Mütəxəssis Bakıda Moldovanın "Petrokub" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Səfərdəki matçımız yaxşı alındı. Lakin bu rəqibə evdə də qalib gəlmək istəyirik. Səfərdə qələbə qazansaq da, hələ heç nə məlum deyil. Hazırlığımız yüksək səviyyədə oldu. Rəqib komandaya yuxarıdan aşağı baxmaq olmaz".
Mütəxəssis hələ də oyun planında problemlərin olduğunu vurğulayıb:
"Üzərində işləməli olduğumuz məsələlər var. Baxmayaraq ki, səfər matçında qapımızı toxunulmaz saxladıq. Lakin elə etməliyik ki, eyni uğuru cavab oyununda da təkrarlayaq.
Səfər görüşünün sonlarından razı qaldım. Çünki çox cəsur oynadıq və qələbə qolllarını vurduq. Bununla belə, ilk yarıda çox da yaxşı çıxış edə bilməmişdik".
Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb - 2:0.
Oxşar xəbərlər
"Sabah"ın baş məşqçisi: "Petrokub"u təhlil etmək üçün kifayət qədər materialımız var idi"
Mahmud Qurbanov: "Moldovada qələbə qazanan "Sabah" işin yarısını görüb"
AFFA rəsmisi: "Sabah"ın UEFA Konfrans Liqasında azarkeşləri sevindirəcəyinə inanıram"
"Sabah"ın baş məşqçisi: İlk matçdakından daha yaxşı çıxış etməliyik
"Sabah"ın baş məşqçisi: "Sele" üzərində mütləq qələbə qazanmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
