"Mançester Yunayted" - "Vest Hem" matçında rekord qırılıb
Bu gün Bakı vaxtı ilə 03:00-da ingilis klubları "Mançester Yunayted" və "Vest Hem" arasında keçirilən futbol matçında 2025-ci ilin tamaşaçı sayı üzrə rekord qırılıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, İst-Raterfordda (Nyu-Yorkun yaxınlığında - red.) keçirilən dostluq matçı 82 566 tamaşaçı toplayıb. Bu göstərici hətta 81 118 nəfərin iştirak etdiyi PSJ və "Çelsi" arasında keçirilən Klublararası dünya çempionatının finalını belə üstələyib.
Matça marağın artmasının səbəblərindən biri biletlərin daha əlçatan olmasıdır: qiymətlər 77 dollardan başlayıb.
Xatırladaq ki, Klublararası dünya çempionatının finalına stadiondan baxmaq istəyənlər isə minimum 200 dollar ödəməli idi.
Sözügedən görüş "Mançester Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatı. Bruno Fernandeşin dubluna Carred Bouen 1 qolla cavab verib.
Oxşar xəbərlər
Fernandeşin dublu "Mançester Yunayted"ə "Vest Hem" üzərində qələbə qazandırıb
"Mançester Yunayted" antirekordunu təkrarlayıb
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
Mançester derbisində qalib iki dəqiqə ərzində bəlli olub
"Mançester Yunayted" çempionatın ilk turunun matçında "Fulhem"ə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
