“Şöhrət” ordenli mütəxəssis: "Dublindəki oyunun hesabının “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm"
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) ilk görüşündə qeydə alınan hesab "Qarabağ"da arxayınlıq yaratmayacaq.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
“Şöhrət” ordenli mütəxəssis səfər matçında Ağdam təmsilçisinin heyətində müəyyən rotasiyaların ola biləcəyini istisna etməyib:
“Dublində qeydə alınan hesabın cavab matçında “Qarabağ”da arxayınlıq yaradacağını düşünmürəm. Futbolçuların hər biri peşəkardır. Həm də iyulun 30-da baş tutacaq oyunda stadionun dolacağını fikirləşirəm. Çünki azarkeşlər oyuna gələcəklər və istirahət etmək istəyəcəklər. Amma heyətdə müəyyən rotasiyalar mümkündür. İndiki halda komandada hər mövqeyə iki oyunçu var. Gördüklərimə əsasən komandanın yaxşı hazırlıq keçdiyini deyə bilərəm. Fiziki durum qaydasındadır. Sadəcə, hücum, inkişaf, meydanın rəqibə aid hissəsində çoxalmaq, top saxlamaq kimi məqamlara fikir vermək lazımdır”.
O, “Qarabağ”ın yaxşı hazırlıq keçdiyini söyləyib:
“Qarabağ”ın təlim-məşq prosesinin ağır olduğu hiss edilir. Çünki ilk oyundakı bəzi epizodlarda futbolçular topla rahat davrana bilmirdilər. Normal haldır, ağır yüklənmə olub, ancaq bu, bir oyunluq deyil. Belə yüklənmə “Qarabağ”a ən azı altı aya qədər kömək edəcək. Heyətdə iki yeni futbolçu oynadı. Düzdür, bir matça görə onlarla bağlı qərar vermək olmaz. Amma “Qarabağ”ın üslubunu bilirlər. Dünənki matçda dayaq yarımmüdafiəçisi yox səviyyəsində idi. Biz Kadi Borqesi hücumçuların arxasında və ya vinger kimi görmüşük. Amma dünənki görüşdə ikinci dayaq yarımmüdafiəçisi rolunda idi. Normal oynadılar, əsas odur ki, qollar vurdular. Bu da komandanı ruhlandırır və hansı səhvlərin üzərində işləmək lazım olduğunu göstərir. Belə ölkələrdə oynamaq çətindir. Çünki azarkeşləri aqressiv olurlar. Stadionun balaca olmasına baxmayaraq, ot örtüyü çox yaxşı idi. Bu da Böyük Britaniya ölkələrində futbola çox fikir verilməsinin göstəricisidir”.
Qeyd edək ki, komandalar arasında Dublində baş tutan görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
AFFA-nın Texniki direktoru: “Qarabağ” - “Şelburn” cütünün favoriti Ağdam klubudur"
Çempionlar Liqası: "Qarabağ" "Şelburn" səfərində ikinci qolu vurub - YENİLƏNİB-4
Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" matçında ikinci hissə başlayıb - YENİLƏNİB-3
Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib - YENİLƏNİB-6
“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri Dublində qarşılaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
