AFFA-nın Texniki direktoru: “Qarabağ” - “Şelburn” cütünün favoriti Ağdam klubudur"
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” - “Şelburn” (İrlandiya) cütünün favoriti Ağdam klubudur.
Bu barədə “Report”a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə bildirib.
O, “Qarabağ”ı çətin oyun gözlədiyini söyləyib:
“Qarabağ”ın artıq bir üslubu və fəlsəfəsi var. Rəqibi də, böyük gücə sahib deyil. Amma bu, “Qarabağ”ın böyük hesabla qələbə qazanacağı anlamına gəlmir. Çünki rəqib Avropa futbolunun nümayəndəsidir və ən azı intriqanı növbəti oyuna saxlamağa çalışacaq. Ona görə də “Qarabağ”ı çətin oyun gözlədiyini deyə bilərəm. Üstəlik, səfərdə azarkeş təzyiqi məsələsi var. Ümumilikdə “Qarabağ” üstündür. Amma komandanın axsayan tərəfləri də var - heyətə yeni oyunçular qatılıb. Onlar fəlsəfəyə tez uyğunlaşacaqlar, yoxsa vaxt tələb olunacaq? Bu məsələ oyunun gedişatına təsir göstərə bilər. Düzdür, komanda hazırlıq oyunlarında çoxlu qollar buraxdı və vurdu. Amma bu, müdafiədəki problemlərlə deyil, oyunlar zamanı həyata keçirilən rotasiyalara görə də ola bilər. Yəni düşünmürəm ki, müdafiədə sıxıntılar var. Çox güman, Qurban Qurbanov futbolçuların potensialını tam görmək üçün müəyyən addımlar atıb. İstənilən halda, düşünürəm ki, “Qarabağ” cütün favoritidir”.
Qeyd edək ki, “Şelburn” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də Dublindəki “Tolka Park” stadionunda start götürəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub
"Qarabağ"ın UEFA Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəlib
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür
Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun mümkün rəqibi müəyyənləşib
Cahangir Həsənzadə: "Qarabağ" "Neftçi" ilə görüşə ikinci dərəcəli oyun kimi yanaşmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
