Azərbaycan millisinin müdafiəçisi: “Şimali Makedoniya klubunu Avropaya çıxış yolu gördüyüm üçün seçmişəm”
Azərbaycan millisinin müdafiəçisi Milana Rəhimova "Lyuboten" (Şimali Makedoniya) klubunu Avropaya çıxış yolu düşündüyü üçün seçib.
Bunu “Report”a açıqlamasında müdafiəçi özü bildirib.
21 yaşlı arxa xətt oyunçusu seçimini dəyərləndirib:
“Hər zaman hədəfim və istəyim Avropa komandalarında oynamaq olub. Türkiyə, Kipr, Qazaxıstan kimi ölkələrdən təklifim var idi. Buna baxmayaraq, Şimalı Makedoniya komandasının Avropaya çıxış yolu olduğunu düşündüyüm üçün belə seçim etdim”.
O, qadın futbolunun Şimali Makedoniyadakı səviyyəsindən danışıb:
“Burada qadın futbolu ildən-ilə yaxşıya doğru gedir. Təzə olmağıma baxamayaraq, bu ölkənin futbola marağını görürəm. İstər qadın, istərsə də kişilərdən ibarət yaş qrupları var. Futbola sevgilərini görmək olur”.
Müdafiəçi ölkə çempionatı haqqında fikirlərini də bölüşüb:
“Çempionat əvvəlki illərə nisbətən daha yaxşıdır. Komandalarda legioner sayı ildən-ilə artır. Hər ölkəni təmsil edən milli üzvləri var. Bu isə çempionatın səviyyəsini daha da yüksəldir”.
Milli üzvü "Lyuboten"in hədəflərindən də danışıb:
“Komanda UEFA Çempionlar Liqasında çıxış edəcək. İyulun 30-da ilk oyunumuzu keçirəcəyik. Hədəfimiz novbəti mərhələyə yüksəlməkdir”.
Qeyd edək ki, Milana Rəhimova“Lyuboten” klubuna Türkiyə təmsilçisi “Ünyespor”dan transfer olunub. O, Şimali Makedoniya komandası ilə 1 illik müqavilə bağlayıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin müdafiəçisi: “Şimali Makedoniya klubunu Avropaya çıxış yolu kimi gördüyüm üçün seçmişəm”
Şimali Makedoniyanın ilk qadın prezidenti Yunanıstanla diplomatik mübahisəyə səbəb olub
Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb
Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
