Şimali Makedoniyanın ilk qadın prezidenti Yunanıstanla diplomatik mübahisəyə səbəb olub
sizinxeber.az xəbər saytı

Şimali Makedoniyanın ilk qadın prezidenti Yunanıstanla diplomatik mübahisəyə səbəb olub


Şimali Makedoniyanın ilk qadın prezidenti kimi and içən Qordana Silyanovska-Davkova dərhal qonşu Yunanıstanla diplomatik mübahisəyə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.

Belə ki, ölkə parlamentində keçirilən andiçmə mərasimində Silyanovska-Davkova ölkəsini konstitusion adı “Şimali Makedoniya” deyil, “Makedoniya” adlandırıb.

Yeni seçilmiş prezident çıxışının böyük hissəsini qadınlara və onların cəmiyyətdəki roluna həsr edərək, ölkəni “qadınlaşdırmağa” və “avropalaşdırmağa” söz verib.

“Biz qadınların köməyi ilə siz, kişi siyasətçilər də dəyişəcək və Makedoniya layiqli yaşamaq üçün bir yerə çevriləcək”, - prezident bildirib.

Bu sözlərdən sonra Yunanıstan səfiri Sofiya Filippidanı andiçmə mərasimini tərk edib.

Daha sonra Yunanıstanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, yeni Prezidentin hərəkətlərinin iki ölkə arasındakı razılaşmanı pozduğunu və həm ikitərəfli münasibətləri, həm də Şimali Makedoniyanın Avropa Birliyinə üzv olmaq perspektivlərini təhlükə altına atdığını bildirib.

“Makedoniya” adının istifadəsi Yunanıstanın kəskin reaksiyasına səbəb olub. İllərdir davam edən mübahisə 2018-ci ildə hər iki tərəfin saziş imzalaması və konstitusion adı “Şimali Makedoniya” kimi qəbul edilməsi ilə həll olunub. Yunanıstan o vaxtdan Şimali Makedoniyanın NATO-ya üzv olmasına və Aİ-yə üzvlük üçün müraciət etməsinə etirazını geri götürüb.

Oxşar xəbərlər

Azərbaycan həndbol millisi bu gün növbəti oyununu keçirəcək
Putin Şimali Koreyaya səfərə hazırlaşır
Şimali Koreya XİN başçısı Rusiyada səfərdədir
Çinlə bu ölkə 2024-cü ili “dostluq ili” elan etdi
Prezident İlham Əliyev: "Azərbaycan Ermənistanla dialoqa hazırdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər