Azərbaycan millisinin müdafiəçisi: “Şimali Makedoniya klubunu Avropaya çıxış yolu kimi gördüyüm üçün seçmişəm” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
16:30

Azərbaycan millisinin müdafiəçisi: “Şimali Makedoniya klubunu Avropaya çıxış yolu kimi gördüyüm üçün seçmişəm”

24 iy, 2025
16:30
693

Azərbaycan millisinin müdafiəçisi: “Şimali Makedoniya klubunu Avropaya çıxış yolu kimi gördüyüm üçün seçmişəm”

Azərbaycan millisinin müdafiəçisi Milana Rəhimova "Lyuboten" (Şimali Makedoniya) klubunu Avropaya çıxış yolu kimi düşündüyü üçün seçib.

Bunu “Sizinxeber.az”a açıqlamasında müdafiəçi özü bildirib.

21 yaşlı arxa xətt oyunçusu seçimini dəyərləndirib:

“Hər zaman hədəfim və istəyim Avropa komandalarında oynamaq olub. Türkiyə, Kipr, Qazaxıstan kimi ölkələrdən təklifim var idi. Buna baxmayaraq, Şimalı Makedoniya komandasının Avropaya çıxış yolu olduğunu düşündüyüm üçün belə seçim etdim”.

O, qadın futbolunun Şimali Makedoniyadakı səviyyəsindən danışıb:

“Burada qadın futbolu ildən-ilə yaxşıya doğru gedir. Təzə olmağıma baxamayaraq, bu ölkənin futbola marağını görürəm. İstər qadın, istərsə də kişilərdən ibarət yaş qrupları var. Futbola sevgilərini görmək olur”.

Müdafiəçi ölkə çempionatı haqqında fikirlərini də bölüşüb:

“Çempionat əvvəlki illərə nisbətən daha yaxşıdır. Komandalarda legioner sayı ildən-ilə artır. Hər ölkəni təmsil edən milli üzvləri var. Bu isə çempionatın səviyyəsini daha da yüksəldir”.

Milli üzvü "Lyuboten"in hədəflərindən də danışıb:

“Komanda UEFA Çempionlar Liqasında çıxış edəcək. İyulun 30-da ilk oyunumuzu keçirəcəyik. Hədəfimiz novbəti mərhələyə yüksəlməkdir”.

Qeyd edək ki, Milana Rəhimova“Lyuboten” klubuna Türkiyə təmsilçisi “Ünyespor”dan transfer olunub. O, Şimali Makedoniya komandası ilə 1 illik müqavilə bağlayıb.

Bizimlə əlaqə saxlayın