"Qarabağ" rəsmisi: "Gothia Puma Trophy”də ən yaxşı qrup üçüncüsü kimi mübarizəni davam etdirəcəyik"
sizinxeber.az xəbər saytı

"Qarabağ" rəsmisi: "Gothia Puma Trophy”də ən yaxşı qrup üçüncüsü kimi mübarizəni davam etdirəcəyik"


“Qarabağ”ın U-17 komandası İsveçdə təşkil olunan “Gothia Puma Trophy”də ən yaxşı qrup üçüncüsü kimi mübarizəni davam etdirəcək.

Bunu “Report”a açıqlamasında klubun akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib.

Mütəxəssis qrup oyunlarının tamamlandığını deyib:

“Dünən qrup oyunları tamamlandı. Komandamız qrupu bir qələbə, heç-heçə və məğlubiyyətlə başa vurdu. Bu gündən komandalar A və B qruplarına bölünəcək. Biz ən yaxşı üçüncü yerin sahibi kimi B qrupunda 1/4 finaldan yolumuza davam edəcəyik. Rəqibimiz hələ məlum deyil. İsveçin akademiyalarının komandaları ən yaxşılardan sayılır. Hər iki qrupun çempionları mükafatlandırılacaq. Sistem belədir ki, uduzan komanda yarışı tərk edəcək. Hər qrupun pley-off mərhələsi var”.

“Qarabağ” rəsmisi turnir haqqında müsbət fikirlər səsləndirib:

“Turnir haqqıda ancaq xoş sözlər demək olar. İlk dəfədir belə yarışda iştirak edirik. Yarışın tarixi elə hər şeydən xəbər verir. Bu gün 50 illiyini qeyd etdilər. Biz elit qruplarda iştirak edirik. İştirakçıların hamısı, demək olar ki, müxtəlif ölkələrin peşəkar klublarının akademiyalarından gəliblər”.

Qeyd edək ki, Ağdam təmsilçisi İsveçdə təşkil olunan yarışın qrup mərhələsini 4 xalla başa vurub.

Oxşar xəbərlər

"Qarabağ” akademiyasının daha 3 komandası beynəlxalq turnirdə iştirak edəcək - EKSKLÜZİV
"Qarabağ"ın U-16 komandası İtaliyada beynəlxalq turnirdə iştirak edəcək
"Qarabağ" akademiyasının koordinatoru: İtaliyada güclü rəqiblərə qarşı oynamaq faydalı oldu
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle