"Zirə" Türkiyədəki növbəti yoxlama matçında qələbə qazanıb
"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirib.
"Sizinxeber.az" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi "Pendik"lə qarşılaşıb.
Görüş "qartallar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakı klubunun heyətində Brahim Konate (64), Davit Volkov (66) və Junior Martins (73, 79) fərqləniblər.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü” (2:1) və "Çorum"dan (2:0), həmçinin İordaniya təmsilçisi “Əl-Hüseyn”dən (1:0) üstün olub.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Oxşar xəbərlər
"Zirə" bu gün Türkiyədə növbəti yoxlama matçını keçirəcək
"Zirə" növbəti yoxlama matçını keçirib
"Zirə" Türkiyədə keçirdiyi üçüncü yoxlama oyunundan da qalib ayrılıb
"Zirə" Türkiyədə növbəti yoxlama matçına çıxacaq
"Zirə" bu gün İordaniya klubu ilə qüvvəsini sınayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
