"Zirə" Türkiyədə növbəti yoxlama matçına çıxacaq
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.
"Sizinxeber.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi "Çorum"la üz-üzə gələcək.
Görüş Fanatik Tur Meydançalarında, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Oxşar xəbərlər
"Zirə" növbəti yoxlama matçını keçirib
"Zirə" bu gün İordaniya klubu ilə qüvvəsini sınayacaq
"Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə üz-üzə gələcək
“Zirə” növbəti yoxlama matçını bu gün keçirəcək
"Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













