"Zirə" bu gün İordaniya klubu ilə qüvvəsini sınayacaq
sizinxeber.az xəbər saytı

"Zirə" bu gün İordaniya klubu ilə qüvvəsini sınayacaq


Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirəcək.

"Sizinxeber.az" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyin” klubu ilə qüvvəsini sınayacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da Fanatik Tur Meydançalarında baş tutacaq.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub - 2:1.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Oxşar xəbərlər

“Zirə” növbəti yoxlama matçını bu gün keçirəcək
"Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə üz-üzə gələcək
"Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəlib
"Zirə"nin Xorvatiya klubu ilə matçlarının başlama saatı müəyyənləşib
"Araz-Naxçıvan" növbəti yoxlama matçını bu gün keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər