"Zirə" növbəti yoxlama matçını keçirib
sizinxeber.az xəbər saytı

"Zirə" növbəti yoxlama matçını keçirib


Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirib.

"Sizinxeber.az" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qüvvəsini sınayıb.

Fanatik Tur Meydançalarında baş tutan qarşılaşmada "Zirə" rəqibini məğlub edib -1:0.

Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub - 2:1.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Oxşar xəbərlər

"Zirə" bu gün İordaniya klubu ilə qüvvəsini sınayacaq
“Zirə” növbəti yoxlama matçını bu gün keçirəcək
"Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə üz-üzə gələcək
"Zirə" Türkiyə klubunu məğlub edib
"Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər