Peşəkar Futbol Liqası və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirib
sizinxeber.az xəbər saytı

Peşəkar Futbol Liqası və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirib


Peşəkar Futbol Liqası (PFL), AFFA və “Misli”nin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

"Sizinxeber.az" PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə iştirak edən bütün media nümayəndələrinə AFFA və PFL tərəfindən xatirə hədiyyələri təqdim edilib.

80-ə yaxın media nümayəndəsinin qatıldığı turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Eyni zamanda, PFL və AFFA-nın əməkdaşları turnirdə müsabiqədənkənar iştirak ediblər. Yekunda "Sizinxeber.az"un redaktoru Kənan Həsənovun da heyətində yer aldığı "Karvan" komandası qalib, "Qəbələ" ikinci, "Şamaxı" üçüncü olub.

Tədbirin sonunda "Karvan" komandasına pul mükafatı və medallar təqdim edilib. İkinci və üçüncü yerin sahiblərinə pul mükafatı, yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda PFL və AFFA-ya aid suallara hamıdan çox cavab verən “Zirə” və “Neftçi” komandalarının üzvlərinə xatirə mükafatları verilib.

Oxşar xəbərlər

Azərbaycan Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib
Lənkəranda UEFA-nın dəstəyi ilə turnir keçiriləcək
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib
AFFA 10 kluba texniki məğlubiyyət verib, “Karvan”ı çempionatdan kənarlaşdırıb
Klublar Komitəsinin iclası keçirilib, AFFA-ya müraciət olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle