Ayxan Abbasov: "Şamaxı" gənc futbolçuları üzə çıxarmaqda olduqca maraqlıdır"
"Şamaxı" gənc futbolçuları üzə çıxarmaqda olduqca maraqlıdır.
Bunu "Report"a açıqlamasında sözügedən klubun baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis yay "transfer pəncərəsi"ndə heyətə daha çox gənc futbolçu cəlb etmək istədiklərini söyləyib:
"Ötən gün "Qəbələ" ilə yoxlama matçı keçirdik və razı qaldım. İlk hissədə əsas heyət üzvlərinə, ikinci yarıda isə gənc oyunçulara şans tanıdıq. Yeni transferlərin çıxışı məni qane edir. Bilirsiniz ki, işimiz çox məsuliyyət tələb edir. Həm kluba, həm də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə fayda verməliyik. Bu yöndə ciddi işlər gedir. Bəzi klublar sağ olsunlar, gənc oyunçuları bizə icarəyə verməyə razıdırlar. Lakin elə komandalar var ki, həmin oyunçuları əsas heyətə salmadıqları halda, bizə icarəyə verməyə razı olmurlar. İstəyirəm ki, potensiallı futbolçuların hər biri öz komandalarında meydana çıxsınlar. Bu, Azərbaycan futboluna yalnız töhfə verə bilər".
O, son mövsümü "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasında çıxış etmiş Nihad Mehrəliyev və Davud Məsimovla anlaşdıqlarını bildirib:
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışdıq. Təşəkkür edirəm ki, gənc oyunçuların "Şamaxı"ya keçidində kömək göstərdi. Nihad ötən mövsüm əvəzedicilərdən ibarət komandanın heyətində 20 qolla bombardir olub. Bundan başqa, "Turan Tovuz"un futbolçuları ilə də danışıqlar davam edir. Lakin dəqiq nəsə yoxdur. Ötən il olduğu kimi Rüfət Abbasov, Edqar Adilxanov kimi futbolçuları Azərbaycana tanıtmaq istəyirik".
Qeyd edək ki, "Şamaxı" ötən gün yoxlama görüşündə Qəbələdə şəhərin eyniadlı komandasına 1:2 hesabı ilə məğlub olub.


width="220" alt=""Şamaxı"nın baş məşqçisi: "Gənc futbolçularımız təşvişə düşmüşdülər"" />
width="220" alt=""Qəbələ"nin baş məşqçisi: "Futbolçular meydana ağır yüklənmələr fonunda çıxmışdılar"" />
width="220" alt="Ayxan Abbasov: "Ardıcıl yoxlama oyunları keçirmək milli komanda üçün xeyirli olacaq"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />