"Sabah"ın rəqibi yeni transferini açıqlayıb
sizinxeber.az xəbər saytı

"Sabah"ın rəqibi yeni transferini açıqlayıb


"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Sele" klubu heyətinə yeni futbolçu qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniya təmsilçisi yarımmüdafiəçi Andrey Kotniklə anlaşıb.

29 yaşlı oyunçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunadək nəzərdə tutulub. O, son olaraq Çində "Dalian Kun Siti"nin formasını geyinib.

Qeyd edək ki, "Sabah" və "Sele" arasında ilk oyun iyulun 10-da "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Oxşar xəbərlər

"Sabah"ın rəqibi xorvatiyalı qapıçı transfer edib
"Sabah"ın Sloveniya klubu ilə oyunlarının başlama saatı müəyyənləşib
Avropa Liqası: “Sabah” – “Sele” qarşılaşmasının biletləri satışa çıxarılıb
UEFA Avropa Liqası: "Sabah"ın Sloveniya klubu ilə matçlarının hakimləri müəyyənləşib
Konfrans Liqası: "Sabah" və "Zirə" cavab oyununa çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər