Qurban Qurbanov: "Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər"
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: "Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər"


Futbolçular "Zirə" ilə matçda qəbuledilməz səhvlərə yol verdilər.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ilə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis qarşılaşmanın maraqlı məcrada keçdiyini bildirib:

"Baxımlə oyun alındı. Xüsusi ilə "Zirə" ilk hissədə yaxşı təsir bağışladı. Hətta deyərdim ki, bizdən daha hazırlıqlı idilər. İkinci hissə daha fərqli oldu və ardıcıl qollar vurduq. Bununla belə, səhvlərimiz çox oldu. Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil. Bu da gözlənilən idi. Ümumi götürsək, pis çıxış etmədik. Lakin bəzi qəbuledilməz səhvlərimiz oldu. Buni görməyimiz yaxşı idi ki, qarşıdakı zamanda bu səhvlərin üzərində işləyək".

Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Rəşad Sadıqov: "Yoxlama oyunlarında zəif çıxış etmək problem deyil"
"Qarabağ" yoxlama oyununda "Zirə"yə qalib gəlib
Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik
Kurban Berdıyev: "Zirə" layiqli qələbə qazandı"
"Qarabağ" bu gün yoxlama oyununda "Zirə" ilə üz-üzə gələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər