Azərbaycanın daha 3 hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib
sizinxeber.az xəbər saytı

Azərbaycanın daha 3 hakiminin beynəlxalq kateqoriyası 3 ulduza yüksəlib


Boks üzrə Azərbaycan hakimləri - Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyevin beynəlxalq kateqoriyası 2 ulduzdan 3 ulduza artırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu nailiyyətə R.Qədirovla Q.Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, A.Nağdıyev isə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb.

Beynəlxalq Boks Assosiasiyası yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlilərimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.

Bununla da ölkəmizdə 3 ulduzlu hakimlərin sayı 6-yə yüksəlib. Daha öncə Emil Qurbanəliyev,  Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.

Oxşar xəbərlər

Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan millisi Bolqarıstanda Avropa çempionatında qüvvəsini sınyacaq
Sabah boks üzrə Azərbaycan çempionatı başlayır
Azərbaycanın daha 4 güləş hakimi beynəlxalq dərəcə almağa namizəddir
Hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər