Azərbaycan yığmasının sabiq baş məşqçisi: “Avropa çempionatında güləşçilərdən gözləntilərimiz çox yüksəkdir”
Avropa çempionatında iştirak edəcək güləşçilərdən gözləntilərimiz çox yüksəkdir.
Bunu “Sizinxeber.az”a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında iştirak edəcək idmançılarımızdan gözləntiləri haqqında danışarkən deyib.
Mütəxəssis Azərbaycanın yunan-Roma güləşi yığmasının hazırda dünyada və Avropada ən güclülərdən biri olduğunu vurğulayıb:
“Dünən yoxlama görüşləri keçirildi, idmançılar mübariz durumdadırlar. Hər biri məşqçilərin və həkimlərin nəzarəti altındadır. Sadəcə, əvvəlcədən proqnoz vermək çətindir. Amma gözləntilərimiz çox yüksəkdir. Komandanın heyətində dünya və Avropa çempionları, olimpiya mükafatçıları var. Zamanın ən güclü güləş yığmasıdır. Bu cür güclü kollektivin toplanması nadir hallardan biridir”.
O, yarış zamanı bəzi amillərin güləşçilərə təsir göstərə biləcəklərini deyib:
“Komandalarımız Avropa və dünyada ən güclülərdəndir. Heyətdə Eldəniz Əzizli kimi 4 qat dünya çempionu iştirak edir. Bundan əlavə, dünya çempionları Nihad Quliyev, Ülvi Qənizadə, 23 yaşadək güləşçilərin Avropa çempionları, həmçinin olimpiya mükafatçısı Həsrət Cəfərov kimi lider yer alıb. Bu gün yunan-Roma güləşi millimiz Avropa və dünyada ən güclü komandalardandır. Ancaq hər yarışın yazılmamış qanunları var. Çəkisalma, hakimlərin ədalətsizliyi, püşkatma məsələsi var. Bütün bunlar yarış zamanı özünü göstərir. Komanda beynəlxalq turnirlərdə iştirak edib. Yüksək səviyyədə təlim-məşq toplanışları keçiblər. Azərbaycan Güləş Federasiyası tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. Bütün güləşçilərimiz ölkəyə Avropa çempionu və mükafatçısı kimi qayıda bilərlər”.
Qeyd edək ki, aprelin 7-dən 13-dək keçiriləcək Avropa çempionatında görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.


width="220" alt="Abşeron Olimpiya İdman Kompleksində güləş üzrə Azərbaycan çempionatı keçiriləcək" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />