Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb


Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə "Sizinxeber.az"a Qış İdman Növləri Federasiyasından bildirilib.

O, bu uğura ABŞ-ın Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

İdmançımız qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yeri tutaraq Olimpiadada iştirak hüququ əldə edib.

Yarışda çıxış edən Azərbaycanın digər təmsilçiləri Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan cütlük Samanta Ritter və Daniel Brikalov isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə beşinci yeri tutub
Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında gümüş medal qazanıb
Azərbaycanın daha iki idmançısı ABŞ-də keçiriləcək dünya çempionatında iştirak edəcək
Azərbaycanın fiqurlu konkisürəni Türkiyədə Qran-pridə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər