Azərbaycanlı fiqurlu konkisürən Avropa Gənclər Qış Olimpiya Festivalındakı çıxışlarını başa vurub
Azərbaycanlı fiqurlu konkisürən Leyli Axundova Gürcüstanın Batumi şəhərində keçirilən Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalındakı çıxışlarını başa vurub.
"Report" xəbər verir ki, ötən gün qısa proqramda 33.84 xalla 28-ci olan Leyli Axundova bu gün sərbəst proqramda mübarizə aparıb.
Təmsilçimizin sərbəst proqramdakı çıxışı hakimlər tərəfindən 64.50 xalla qiymətləndirilib. O, bu nəticə ilə 26-cı yeri tutub.
Beləliklə, idmançımız festivalı yekunda 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.
Yarışı Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov və Azərbaycanın Bakuriani-2025-dəki nümayəndə heyətinin rəhbəri, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da izləyib.
Qeyd edək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi festivalda atletlər 8 idman növündə (dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizə aparırlar.
Avropa Gənclər Qış Olimpiya Festivalına fevralın 16-da yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında 16-cı yeri tutub
Azərbaycanlı fiqurlu konkisürən Polşada beynəlxalq yarışda iştirak edib
Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə yarışında gümüş medal qazanıb
Paris-2024: Azərbaycan üzgüçüsü yarışı erkən başa vurub
Azərbaycan fiqurlu konkisürəni Macarıstanda beynəlxalq yarışda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














