Azərbaycanın boks millisinin yeni baş məşqçisi müəyyənləşib
Azərbaycanın kişi boksçulardan ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.
Boks Federasiyasından "Report"a verilən məlumata görə, yığma ötən ildən qurumda texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.
44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.
2016-23-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir. “Dostluq Ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.
Qeyd edək ki, R.Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.
Oxşar xəbərlər
Qırğızıstanlı beynəlxalq dərəcəli boks hakimi atışma zamanı həlak olub
Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub
Azərbaycanın U-23 millisinin baş məşqçisi müəyyənləşib
Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub
Gender testindən keçə bilməyən Lin Yutin boks üzrə olimpiya çempionu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
