Azərbaycan badmintonçuları Uqandadakı beynəlxalq turnirdə bürünc medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan badmintonçuları Uqandadakı beynəlxalq turnirdə bürünc medal qazanıblar


Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampalada keçirilən "International" seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Badminton Federasiyasının mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, "Uganda International Series 2024" turnirində yarımfinala kimi irəliləyən Era Maftuha yarışı üçüncü sırada başa vurub.

O, Uqanda, BƏƏ və Maldivi təmsil edən rəqiblərini məğlub edərək qadınların şəxsi yarışında bürünc medal qazanıb. Badmintonçu finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin yekununda məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov ilə Diki Panqestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən cütlük bu mərhələdə hindistanlı rəqiblərinə hər iki setdə uduzub.

Oxşar xəbərlər

Azərbaycan badmintonçuları Gürcüstanda 16 medal qazanıblar
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazanıb
Azərbaycan gimnastları beynəlxalq turnirdə 1 qızıl, 1 bürünc medal qazanıblar
Azərbaycan parabadmintonçusu İndoneziyada 2 medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər