Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
Azərbaycan təmsilçiləri Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurublar.
"Report"un məlumatına görə, onlardan 4-ü qızıl, 2-si gümüş, 5-i bürünc əyarlıdır.
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası (hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan medal sıralamasında 32-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan millisi medal sıralamasında 28-ci pillədə qərarlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti dəfə medal qazana bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












