Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub olub - YENİLƏNİB
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Sizinxeber.az"un məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.
Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Mariya Stadnik qələbə ilə başlayıb
Paris-2024: Mariya Stadnik 1/4 finala çıxıb
Azərbaycan rəsmiləri Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarını izləyirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
