Bürünc medalı təmin edən boksçu: Azərbaycan himnini Parisdə səsləndirmək istəyirəm
Azərbaycan himnini Parisdə səsləndirmək istəyirəm.
"Sizinxeber.az"un Parisə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes deyib.
Dəri əlcək ustası Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarının boks yarışlarında yarımfinala qazanması ilə bağlı danışıb:
"Görüş çox çətin keçdi. Artıq bürünc medalı özüm üçün təmin etmişəm. Sevinirəm ki, Azərbaycan tarixində ilkə imza ataraq iki olimpiya oyunlarında ard-arda medal qazandım. Qarşıdakı hədəfim qızıl medal qazanmaq olacaq. Azərbaycanın himnini Parisdə səsləndirmək istəyirəm".
Qeyd edək ki, 92 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes qazaxıstanlı Aybek Oralbaya qalib gələrək yarımfinala adlayıb və bürünc medalı özü üçün təmin edib. Onun bu raunddakı rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan boksçusu ilk medalı təmin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alfonso Dominqes: Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Arzuma çatdığımı deyə bilərəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan ikinci medalı təmin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












