sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəlib
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
"Sizinxeber.az"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Dominqes finala gedən yolda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.
Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan boksçusu 1/4 finala adlayıb
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
Alfonso Dominqes: Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir
Paris-2024: Azərbaycanlı boksçu mübarizəni dayandırıb
Paris-2024: Hidayət Heydərov qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













