Azərbaycan boksçusu ilk medalı təmin edib
Azərbaycanın boks millisinin üzvü Alfonso Dominges bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final döyüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 92 kq. çəki dərəcəsində yarışan milliləşdirilmiş kubalı idmançı Qazaxıstanı təmsil edən Aybek Oralbayla qarşılaşıb. A.Dominges 2021-ci ilin dünya çempionu, Aybek Oralbay 2022-ci ilin Asiya çempionudur. Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal da qazanıb.
Bu görüşdə rəqibinə qalib gələn Dominges yarımfinala çıxaraq ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, A.Dominges Paris-2024-ə 1/8 finaldan başlayıb. Dominges bu yarışın favoritlərindən olan, Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionu Xulio Sesar Krusa qalib gəlib.
Oxşar xəbərlər
Boksçumuz növbəti mərhələyə yüksəldi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçusu yarımfinala çıxıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan olimpiadada ikinci qızıl medalı qazanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yay Olimpiya Oyunları: Hidayət Heydərov yarımfinala çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












