Moldovanı təmsil edən azərbaycanlı cüdoçu: Arzuma çatdığımı deyə bilərəm
Arzuma çatdığımı deyə bilərəm.
“Report”un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan cüdoçu Adil Osmanov deyib.
Əslən azərbaycanlı olan Moldova təmsilçisi yarışla bağlı təəssuratlarını bölüşüb:
"Olimpiadada nəticə qazanmaq istəyirdim. Arzuma çatdığımı deyə bilərəm. Buna görə çox sevinirəm. Təbii ki, final mərhələsinə yüksəlib, qızl medal qazanmaq istəyərdim. Bununla belə, bürünc medal da pis nəticə deyil".
29 yaşlı idmançı finalda Fransa idmançısına qalib gələrək qızıl medala sahib çıxan Hidayət Heydərovu təbrik edib:
"Hidayət Heydərovun qalib gələrək, Azərbaycan bayrağını dalğalandrmasına görə çox sevindim. O, buna layiq idmançıdır. İnşallah, qarşıdakı yarışlarda da uğurlu çıxış edər".
Qeyd edək ki, A.Osmanov üçüncü yer uğrunda görüşdə Manuel Lombardo (İtaliya) ilə görüşdə qələbə qazanaraq fəxri kürsüdə yer alıb.
Oxşar xəbərlər
Moldovanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazanıb
Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib
Hidayət Heydərov olimpiadada qızıl medal qazandı - YENİLƏNİB+VİDEO
Hidayət Heydərov Olimpiya çempionu oldu
Azərbaycanlı peşəkar cüdoçu ABŞ-də növbəti dəfə qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













