Şəhriyar Məmmədyarovun iştirakı ilə yeniyetmələr üçün “ustad dərsləri” təşkil olunub
sizinxeber.az xəbər saytı

Şəhriyar Məmmədyarovun iştirakı ilə yeniyetmələr üçün “ustad dərsləri” təşkil olunub


Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsləri" keçirilib.

“Sizinxeber.az”un məlumatına görə, tədbir AŞF-nin inzibati binasında baş tutub.

Yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları milli komandanın üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarovla görüşüblər.

Bir neçə partiyanı təhlil edən təcrübəli qrossmeyster uşaqların suallarını cavablandırıb və öz təcrübələrini bölüşüb.

Foto: Məhəmməd Ağayev

Oxşar xəbərlər

Yeniyetmə şahmatçılar üçün "ustad dərsləri" təşkil edilib
Türkiyənin məşhur gimnastı Bakıda "ustad dərsləri" keçəcək
Paris-2024-ün finalçıları Bakıda bədii gimnastika üzrə ustad dərsləri keçəcəklər
Azərbaycan millisinin məşqçisi "ustad dərsləri" keçəcək
Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər