Naxçıvanlı kikboksçular Qarsdan 23 medalla qayıdıblar
sizinxeber.az xəbər saytı

Naxçıvanlı kikboksçular Qarsdan 23 medalla qayıdıblar


Qarsda Ani şəhərinin fəthinə həsr olunmuş kikboks turnirinə Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Əfqanıstan və Ermənistan olmaqla 6 ölkədən komandalar qatılıb.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, yarışda ölkəmizi “Naxçıvan Araz” Kikboksinq Klubundan baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi ilə 23 idmançı təmsil edib.

Naxçıvanlı idmançılardan 16-sı kəmər döyüşlərində qalib gələrək qızıl medala layiq görülüb. Klubun daha 7 üzvü isə yarışı gümüş medalla tamamlayıb.

Nəsir Əliyev, Rüzgar İbrahimli, Mövlan Seyidov, Oğuz Cavadlı, Ülvü Əliyev, Qurban Kəngərli, İlham Şükürlü, Polad Həsənli, Həsən İsmayılov, Turan Həziyev, Emin Məmmədli, Ziya Məmmədzadə, Ələmdar Nəcəfov, Müşfiq Hüseynov, Adəm Cəfərov və Onur Qafarov kəmər döyüşlərinin qalibi olublar. Mərdan Nağılı, Əli Vəliyev, Eldar Namazov, Ağababa Həsənov, Yusif Qafarov, Əmir Məmmədov və Hüseyn Mehdizadə gümüş medala layiq görülüblər.

Oxşar xəbərlər

Naxçıvanlı karateçi beynəlxalq turnirdə gümüş medal qazanıb
Kikboksçular arasında muxtar respublika birinciliyinin qalibləri bəlli olub
Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar
Azərbaycan sərbəst güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər