Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır
Üzgüçülük üzrə üçqat olimpiya çempionu olan avstraliyalı Ariarne Titmus Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Titmus hesab edir ki, Olimpiya kəndindəki şəraitə görə ən yaxşı nəticəsini göstərə bilməyib.
İyulun 27-də idmançı 400 metr məsafəyə sərbəst üzgüçülükdə olimpiya qızıl medalını qazanıb.
Titmus həlledici yarışda məsafəni 3 dəqiqə 57,49 saniyəyə qət edib.
“Bu, bacara biləcəyim vaxt deyildi. Amma Olimpiya kəndində yaşamaq çıxışıma birbaşa mənfi təsir edir. Bu şərtlər yüksək nəticələr üçün nəzərdə tutulmayıb”, - idmançı bildirib.
Xatırladaq ki, avstraliyalı üzgüçü 400 metr məsafəyə sərbəst üsulla üzmədə dünya rekordunun sahibidir. O, 2023-cü ilin iyulunda Yaponiyanın Fukuoka şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında final üzgüçülüyündə 400 metr məsafəni 3 dəqiqə 55,38 saniyəyə qət etmişdi.
Oxşar xəbərlər
Novak Cokoviç Parisdəki Olimpiya kəndində yaşamayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Olimpiada iştirakçıları Parisdəki yaşayış şəraitindən narazıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə Olimpiya kəndində qida çatışmazlığı yaranıb, keyfiyyətsiz yeməklər verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












