Olimpiada iştirakçıları Parisdəki yaşayış şəraitindən narazıdır
Paris Olimpiya Oyunlarında iştirak edəcək bir sıra idmançılar Olimpiya kəndindəki yaşayış şəraitindən narazılıqlarını bildiriblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, idmançılar sosial şəbəkələrdə karton çarpayılardan, yeməklərdən, televizorun olmamasından şikayətlənirlər.
“Bu, zarafat deyil, gördüyünüz kimi, olimpiya çarpayısı kartondandır”, - fransalı cüdoçu Jülyen Bryular deyib. Nəşrin yazdığına görə, onun sözlərini avstraliyalı su poloçusu Matilda Körns də təsdiqləyib.
Vurğulanıb ki, karton çarpayılar idmançılar üçün sürpriz olmayıb, çünki 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında onlardan artıq istifadə olunub. Amma o zaman da bu addım tənqid olunmuşdu. Builki olimpiada üçün isə təşkilatçılar Yaponiyanın “Airweave” şirkətindən 16 min belə çarpayı sifariş ediblər.
Məlumata görə, idmançılar yeməklərdən, qonaq otaqlarında televizorun olmamasından və digər məqamlardan da narazıdırlar. Təsdiq olaraq nəşr amerikalı gimnast Aleya Finneqan, onun belçikalı həmkarı Mellis Brassart və yeni zelandiyalı üzgüçü Lyuis Klerbertin yazdıqlarını göstərir.
Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Visa" Yay Olimpiya Oyunlarında bazara yeni təmassız məhsul çıxaracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMADA Paris-2024 zamanı innovativ yanaşmalar tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARAF-ın baş katibi: "Əsas hədəfimiz 2028-ci ildəki Yay Olimpiya Oyunlarıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












